Azərbaycanda 689 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6 543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.