Azərbaycanda dəhşətli hadisə: Oğlunun toyuna hazırlaşan kişi intihar etdi

Qax rayonunda intihar hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi.