Bu ilin yanvar ayında Azərbaycanda emal sənayesində 2,3 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.
Sabahinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.
Ötən ay əczaçılıq məhsullarından 1 milyon 50,8 min manat dəyərində dərmanlar, 0,8 milyon ədəd tibbi maska istehsal edilib.
Qeyd edək ki, təkcə yanvar ayı ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 141,1 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,6 faiz çoxdur.
Onu da bildirək ki, hesabat ayı ərzində Azərbaycana 47 milyon 312.13 min ABŞ dolları dəyərində əczaçılq məhsulları idxal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 8.7% azdır.