Azərbaycanda pul bazası AZALDI

Bu günə Azərbaycanda pul bazası 17 milyard 350,5 milyon manat təşkil edib.

Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,5 % azdır.

Pul bazası ilin əvvəlinə nisbətən 0,6 % azalıb, son 1 ildə isə 16,6 % artıb.