Azərbaycanlı jurnalist Özbəkistan Respublikasının Müstəqilliyinin 30-cu ildönümü münasibətilə təltif edilib

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə 1 sentyabr - Özbəkistan Respublikasının Müstəqilliyinin 30-cu ildönümü münasibətilə üç Özbəkistan media qurumu tərəfindən Fəxri Fərmanla təltif edilib. Sabahinfo.az xəbər veririr ki, bu haqda Fuad Hüseynzadə özünü sosial şəbəkə proflində paylaşım edərək öz bək həmkarlarına təşəkkür edib: "Özbək həmkarlarımız tərəfindən 1 sentyabr - Özbəkistan Respublikasının Müstəqilliyinin 30-cu ildönümü münasibətilə Fəxri Fərmanla təltif edildik. Özbək həmkarlarımızı Müstəqillik Günü münasibətilə təbrik edir, Azərbaycan-Özbəkistan media əlaqələrinin inkişafı istiqamətində fəaliyyətimizi qiymətləndirdiklərinə görə təşəkkürümüzü bildiririk".