“Azsığorta” vəkil Tural Şükürovu necə zərərsizləşdirdi?

Uzun müddət “Azsığorta” Şirkətində və “Gilan Holdinq”də müxtəlif vəzifələrdə çalışmış vəkillər kollegiyasının üzvü Tural Şükürov, “Gilan Holdinq” rəhbərinin onu işdən azad etməsinə dair əmrinin ləğvi üçün məhkəmədə başlatdığı və uzun sürən iddiası sonunda “Gilan Holdinq”in qələbəsi ilə bitmişdir. Bu məğlubiyyətdən hiddətlənmiş T.Şükürov işlədiyi və sonrakı dövürlərdə “Azsığorta” Şirkətindən haqlarını tam ala bilməyən sığortalıları tapıb onlarla müqavilə bağlayıb məhkəmələrdə Şirkətə qarşı xeylı sayda mülki iddalar qaldırmışdır. Vəkil T.Şükürov uzun müddət sığorta şirkətində “Hadisələr Departamentinin” müdiri və digər mühüm vəzifələrdə çalışması səbəbindən sığrta şirkətlərinin xüsusi ilə də “Azsığorta” Şirkətinin bütün “taktiki gedişlərindən” xəbərdar idi. Şükürov sığorta şirkətində çalışdığı dövürdə topladığı təcrübəsinə söykənərək “Azsığorta” Şirkətini acız bir duruma salmışdır, onun məhkəmələrdə udduğu işlərə görə sığortalılara böyük məbləğdə pullar ödəmək məcburiyyətində qalan “Azsığorta” Şirkəti məsələni kökündən həll etmək qərarına gəlmişdir! Belə ki, Şirkətin yeni rəhbər heyəti hakimiyyətə gələn kimi, sığortalıların məhkəməyə müraciət etmə səbəblərini araşdırıb həll etmək əvəzinə, daha ucuz taktika seçərək T.Şükürovu şirkətdə mühüm vəzifələrdən birinə təyin edib onu bu cür zərərsizləşdırməyi bacardı, ancaq maraqlı məqam ondan ibarətdir ki, Tural müəllim “Azsığorta” Şirkətində hüquq departamentinin müdiri vəzifəsini icra etməklə yanaşı həmin şirkətə qarşı olan müxtəlif məhkəmələrdə davam edən mülki işlərdə hələ də sığortalı iddiaçıların vəkili olaraq qalır. Məs. Yasamal rayon Məhkəməsində iddiaçı Əliyeva Arzu Sabir qızının(iddia tələbi 44 471man), Bakı Kommersiya məhkəməsində iddiaçı Əsgərov Ruslan İsmayıloviçin(iddia tələbi 86 856man),Bakı Apel. Məhkəməsində iddiaçı Verdiyev Hikmətin(iddia məbləği 10855man) və s. Vəkili hələdə T.Şükürovdur. Təssüf hissi ilə bildirmək istəyirəm ki, bundan sonra, müxtəlif səbəblərdən “Azsığorta” Şirkətində əmlaklarını sığortalanmağa məcbur olan sığortalı vətəndaşlarımız Tural müəllimi yanlarında deyil qarşılarında görəcəklər!