27 idmançının puç etdiyi ümidlər

Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 29-u çıxışını tam başa vurub. AzNews.azxəbər verir ki, çıxış edənlər arasında sadəcə 2 cüdoçu mükafat qazanıb. Hələlik Rüstəm Orucovla Elmar Qasımov gümüş medalla kifayətlənib. Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 27-yə çatıb. Onlardan 13-ü legionerdir. Velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, boksçular Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk … Güləş (Yunan-Roma) Rövşən Bayramov (59 kq) - 5-ci yer Elvin Mürsəliyev (75 kq) - 7-ci yer Cüdo Elmar Qasımov (100 kq) - gümüş Rüstəm Orucov (73 kq) - gümüş Orxan Səfərov (60 kq) - 5-ci yer Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub. İdman gimnastikası Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer Boks Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub Velosiped idmanı Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer Üzgüçülük Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer Akademik avarçəkmə Aleksandr Aleksandrov – Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub. Kanoe-slalom Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer Atıcılıq Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer Qılıncoynatma Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub Oxatma Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub Atletika Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer.