Aygün Kazımova "Əsgər marşı" oxudu - VİDEO

Azərbaycanın xalq artisti Aygün Kazımova vətənpərvər ruhda olan növbəti layihəsini təqdim edib. Bu dəfə müğənni "Əsgər marşı" oxuyub.

Aygün Kazımova marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu bildirib: "Məlum hadisələr yaşanan gündən bütün əyləncə xarakterli layihələrimə `stop` verib, bu layihənin üzərində çalışıram".

Aygün Kazımova yaradıcı kollektivlə artıq uzun illərdir iş birliyinin olmasından da danışıb: "Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar və mahir ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".

Aygün Kazımova bu ruhda olan layihəsinin ardının gələcəyini açıqlayıb: "Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Bu janrda işlərimin ardı gəlir. Bütün fikrim əsgərlərimizin yanındadır. Ona görə də kimsə məni qalmaqala salmağa cəhd etməsin. Bu, onlarda alınmayacaq!"

Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını əlavə edib.





azvision.az