Azər Badamov Qusarda seçicilərlə görüşüb

Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qusar rayonunda seçicilərlə görüş keçirib

Görüşdə Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərlə bağlı geniş müzakirələr aparılıb.

A.Badamov seçicilərinin hamılıqla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi- referendumuna hə deyəcəklərini bildiriblər.

Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, ümumiyyətlə, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi Azərbaycan cəmiyyətinin inkişafı ilə əlaqəlidir. Çünki biz müstəqilliyin 25-ci ildönümünü qeyd edirik. Bu illər ərzində həm iqtisadiyyatımız, həm də cəmiyyətimiz inkişaf etmişdir. Bununla paralel olaraq Azərbaycan qanunlarının inkişafı da qaçılmazdır. Təqdim olunan 29 dəyişikliyin hər birinin özünəməxsus əhəmiyyəti var. Bu dəyişikliklərdən biri də Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan 103.1 maddəsidir. Yəni bu maddədə Azərbaycanda 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasının qanun normasına salınması nəzərdə tutulur. Ümumiyyətlə, vitse-prezidentlər institutu beynəlxalq praktikada mövcuddur və BMT-də təmsil olunan 193 dövlətdən 67-də bu postlar mövcuddur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi- referendumu 2016-cı il sentyabrın 26-da keçiriləcək.