Azərbaycanlı müğənni adam ölümündə günahlandırılır

Rusiyada yaşayan azərbaycanlı müğənni adam ölümündə ittiham olunur.

 Elbrus Canmirzəyev maşın qəzası nəticəsində prodüseri Kamran Əmirovun ölümünə səbəb olmaqda günahlandırılır. 24 yaşlı müğənni barəsində başladılan cinayət işi məhkəməyə göndərilib.

Xatırladaq ki, Canmirzəyev 2015-ci il dekabrın 28-də sürücülük vəsiqəsi olmadan "Lexus” markalı maşını idarə edərkən qəza törədib. O, qarşıdan gələn "Skaniya” yük maşını ilə arasındakı məsafəni nəzərə almadığına görə maşınla toqquşub. Nəticədə "Lexus” markalı maşının sərnişini ağır bədən xəsarətləri alaraq keçinib.

Qeyd edək ki, Elbrus Canmirzəyev Rusiyada tanınmış ifaçıdır. O, 2013-cü ilin yayında işıq üzü görə "Çarodeyka” mahnısı ilə məşhurluq qazanıb.

AzNews.az