Bakıda tələbəni soydular

Bakıda bir neçə cinayət hadisəsi baş verib.


BŞBPİ-dən Sabahinfo.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əlibala Rəşad oğlu Quliyev tutulub. Həmin Şəxs aprelin 26-sı saat 05 radələrində Cavadxan küçəsində Kəmalə Müftəliyevanın əlindən içərisində 60 manat, mobil telefon və tələbə kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq etməkdə şübhəli bilinir.

Digər hadisə isə saxta əskinas verən şəxslə bağlı olub. Belə ki, aprelin 25-də saat 03:20 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən olunaraq tutulub.