Çay evində qadına qarşı cinayət törədən şəxs yaxalandı

Bakıda oğurluq edən şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Sabahinfo.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da S.S.Axundov küçəsində yerləşən çay evində Bakı şəhər sakini İntizar Süleymanovanın çantasını oğurlayan şəxs müəyyən edilib. İçərisində 1187 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Anar Fərhad oğlu Kərimov tutulub.

Araşdırmalar davam etdirilir.