Eros Ramazzotti Bakıdadır - VİDEO

"Sabahın xeyir, Bakı”.

Məşhur italyan müğənni Eros Ramazzotti Bakıya gəlib.

O, sosial şəbəkədə paytaxtımızın görüntüsünü paylaşıb.

Ramazzotti paylaşıma "Sabahın xeyir, Bakı” sözlərini yazıb.

Məşhur italyan müğənni Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək.

Eros Ramazzottinin Bakı konserti "Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.