İsti vanna artıq kaloriləri yandırır

Lafbor universitetinin alimlərinin keçirdiyi araşdırmanın nəticəsində məlum olub ki, artıq kalorilərdən azad olmaq üçün heç də bütün günü trenajor zallarında məşq etmək lazım deyil.

Sabahinfo.az deyerler.org-a istinadən bildirir ki,alimlərin keçirdiyi tədqiqat nəticəsində məlum olub ki, artıq kalorilərdən azad olmaq üçün isti vanna qəbul etmək lazımdır. İnsan idmanla məşğul olan zaman bədən temperaturu qalxır və isti vanna qəbul edən zaman da bu cür proses baş verir. Bu tədqiqatda 2300 nəfər iştirak edib. Eyni zamanda isti vanna insult və infarkt riskini azaldır. Bundan əlavə isti vanna qan dövranını gücləndirir. 1 saat ərzində isti vanna qəbul etmək 140 kalori yandırır.