Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Sabahinfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar və vətəndaşın axtarışlarına başlanılıb.