“Maşın Realiti Şou” starları yenidən bir araya yığır

Azərbaycan efir məkanının ən baxımlı və gözlənilən verilişlərindən olan "Maşın Realiti Şou” yenidən ekranlara qayıdır. Sabahinfo.az xəbər verir ki, bu barədə verilişin rəsmi Facebook səhifəsində məlumat verilib.


"MG Prosuction”un məhsulu olan verilişin bu dəfə may ayında yayımlanacağı deyilir. Budəfəki şouda indiyədək ən yadda qalan iştirakçıları yarışacaq.


Verilişin hansı kanalda yayımlanacağı və kimlərin iştirak edəcəyi barədə isə hələlik məlumat verilmir.