Qənirə Paşayeva vali ilə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Nevşəhərə səfəri zamanı Nevşəhər valisi Mehmet Ceylanla görüşüb. Sabahinfo.az-ın məlumatına görə, millət vəkili vali ilə söhbəti zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb. "Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmir. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail olacağıq”.

Q. Paşayeva Nevşəhər valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində "Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib. Nevşəhər valisi isə bildirib ki, bir-birimizi daha yaxından tanımaq üçün yazılan kitablar çox önəmlidir.