Tarkan evləndi - Fotolar

Türkiyənin meqastarı Tarkan evlənib.

Sabahinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müğənni aprelin 29-da 5 ildən çoxdur ki, münasibətdə olduğu sevgilisi Pınar Diləklə ailə həyatı qurub. Müğənninin nikah mərasimi 29 apreldə İstanbuldakı villasında baş tutub. Tarkan sadə bir mərasimlə nikah masasına əyləşib. Cütlüyün toy mərasiminin yaxın günlərdə baş tutacağı bildirilir.