“28 Cinema” yeni “Cineclub” loyallıq proqramını təqdim edir

"Cineclub” kartları müştərilərə bonus ballar toplamaq və pulsuz bilet əldə etmək imkanı yaradır.

Sabahinfo.az məlumatına görə, Azərbaycanın premium kinoteatrı "28 Cinema” müştərilərinə yeni loyallıq proqramını təqdim edir. "Cineclub” adlanacaq proqram kinoteatrın müştərilərinə aldıqları biletlərin əvəzində bonus ballar toplamaq və pulsuz bilet əldə etmək imkanı yaradır.

"Cineclub” özündən öncəki loyallıq proqramından fərqli olaraq daha rahat olub və daha çox bonuslar qazandırır. "Cineclub” loyallıq proqramı 2 növdə olan - Standart və Gold kartlarından ibarətdir. Müştərilər loyallıq kartlarını əldə etdikdən sonra aldıqları biletin ümumi dəyərinin 10% və ya 15%-ni bonus olaraq kartları yatıracaq.

"Cineclub”un daha bir yeniliyi ondan ibarətdir ki, müştəri 9-cu biletini aldıqdan sonra 10-cu biletini kart sahibinin istəyi ilə pulsuz olaraq əldə edəcək, bu halda kartın balansından çıxılacaq.

"Cineclub” kartlarını "28 Cinema” kinoteatrın kassalarından pulsuz olaraq əldə etmək olar. Bunun üçün müştərilər kassada onlara təqdim olunan sual kitabçasını mütləq şəkildə doldurmalıdır. Kartları 12 yaşına çatmış hər bir kəs əldə edə bilər.

Loyallıq proqramı və şərtlər haqqında ətralı məlumatı "28 Cinema” kinoteatrınınwww.28cinema.azsaytından vəfacebook,instagram,twittersosial şəbəkələrindən əldə etmək mümkündür.

"28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema” "PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry” restoranı yerləşir.