Bakıda daha bir şəxs dənizdə boğulub.
Bu barədə məlumat Sabahinfo.az-a Fövqəladə Hallar Nazirliyindən verilib.
Verilən məlumata görə, Bakıda, Xəzər rayonunda dənizində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batmış 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.