"Cəmiyyətin səsi" layihəsi başa çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan Diana Seyidovanın "Cəmiyyətin səsi" layihəsinin bağlanış mərasimi baş tutub.

Sabahinfo.az xəbər verir ki, tədbirdə "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov, respublikanın əməkdar artisti Eldost Bayram və bir çox gənclər iştirak edib.Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan videoçarxlar gənclərə təqdim olunduqdan sonra layihə iştirakçıları şəhadətnamə ilə təltif olunublar.

Qeyd edək ki, layihə cəmiyyətdə baş verən gender bərabərsizliyi, ictimai qınaq, önyarğı və s. kimi sosial problemləri əhatə edən hekayələri ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə həyata keçirilir.