"Doğulandan 10 gün sonra qızımı itirdim"

Tamaşaçıların sevimlisi aparıcı Mətanət Əliverdyevadan xəbər var.BiG.AZməlumat verir ki, 18 yaşında ilk dəfə ana olan M. Əliverdiyeva başına gələn faciədən danışıb:

"Mən çox erkən ailə qurmuşam. İlk dəfə 18 yaşında hamilə olmuşam. İlk uşağımı 10 gün sonra itirdim. Qız idi. Çox sağlamam, amma əsəbdən qızımı itirdim. Mənə bu böyük travma oldu. Hər dəfə yadıma düşür. O hadisədən 25 il ötüb. Bir var ki, uşaq dünyaya gələn kimi ölür, bir də var sən onu on gün qidalandırırsan, ana südü ilə... Oğlum Oqtay mənim ilkim sayılır. İkinci hamiləliyə daha ciddi yanaşırdım. Hamilə xanımlara qaynana ana olmalıdır".