"Əgər belə faktlar varsa, mütləq bizə xəbər versinlər ki..."

Hazırda Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir.

Bunu bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir bildirib ki, turistlə müqavilə bağlamayan turizm şirkətləri vergidən yayinmaqla qanunsuzluğa yol verirlər.

Belə hallara qarşı mübarizə apardıqlarını deyən Ə.Qarayev əlavə edib ki, əgər belə faktlar varsa, mütləq bu barədə nazirliyə məlumat verilməlidir: "Əgər belə faktlar varsa, mütləq bizə xəbər versinlər ki, müvafiq lisenziyanın qanuniliyini nəzərdən keçirək. Amma mənim bildiyimə görə, belə faktlar yoxdur. Çünki indiyə qədər elə hal olmayıb ki, Azərbaycan vətəndaşı səfərə getsin və məhz bu cür faktlara görə hər hansı əziyyəti çəksin, yalanla üzləşsin, xidmətdən narazı olsun. Əvvəllər bir-iki dəfə olub, amma belə halların qarşısını almışıq”.

Ə.Qarayev deyib ki, turizm şirkətləri insanların səyahətləri ilə bağlı vauçer hazırlayırlar. Həmin vauçerlər ciddi hesabat forması hesab edilir.