"Eurovision"un qalibi biseksual olduğunu etiraf etdi

Mən insanın cinsinə deyil, ruhuna aşiq oluram. Biseksualammı? Bəli.

Sabahinfo.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İsveçin "Expressen" nəşrinə 33 yaşlı müğənni Loreen bildirib. 

Mərakeş əsilli ifaçı 2012-ci ildə "Eurovision"da "Euphoria" hiti ilə qələbəsindən sonra dünyada şöhrət qazanıb. 

Loreen bu il də müsabiqədə iştirak etməyə hazırlaşır. O, "Eurovision"un seçim turuna "Statements" adlı mahnı təqdim edib.