"Onu həyatımdan silirəm" - Gülay


Müğənni Gülay Zeynallı özünə qoyduğu qadağadan danışıb.

sabahinfo.az-ın məlumatına görə, sənətçi "10-dan sonra” verilişində qeybət edən insanı həyatından sildiyini deyib:

"Hər insan nəsə etməzdən əvvəl beynində fikirləşir ki, bu olar və ya olmaz. Özümə qalmaqalı qadağan etmişəm. İndiyənə qədər bu sənətdə heç kimlə söz-söhbətim olmayıb. Ailə mövzusundan sualları da cavablandırmamağa çalışıram. Bilirəm ki, insanlara müğənnilərin həyatı maraqlıdır. Amma mən mahnıyla zövq oxşamağa çalışıram. Bu, şəxsi həyatımda da belədir. Qeybət edən insanı həyatımdan silirəm”