"Qırmızı bağ" bədii filminin təqdimatı olacaq

Aprelin 12-də saat 19:00-da Nizami Kino Mərkəzində "Qırmızı bağ" bədii filminin təqdimatı keçiriləcək.

Sabahinfo.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunan film vaxtilə babaları bəy olmuş müəllimin həyatından bəhs edir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media").

Əsas rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.