"Röyanı çox istəyirəm, amma danışmırıq"

Prodüser Tarix Əliyev (Tolik) "Star life" verilişinə açıqlamasında küsülü olduğu əməkdar artist Röya Ayxanla bağlı açıqlama verib.

sabahinfo.az xəbər verir ki, Tolik bu yaxınlarda R.Ayxanla bir araya gəldiklərini deyib:

"Röyanı çox istəyirəm, amma hələ də danışmırıq. O gün bir toy məclisində bir yerdə idik. Bir damcı aramızda yaxınlaşma oldu. O mənlə, mən onla danışdıq, istiləşmə yarandı".