"Roza gör sən kimin qucunda oturmusan, bu şəkil montaj deyil"

Azərbaycanın tanınmış prodüsserlərindən olan və hal-hazırda İstanbulda fəaliyyətini davam etdirən Zöhrab Ağayev ( Zorik-red) Xalq artisti, dostu Aygün Kazımovanın müdafiəsinə qalxıb. Roza Zərgərlinin montaj adlandırdığı fotoları "özüm çəkmişəm" deyən Zorik məsələ barədə ətraflıBiG.AZ-a danışıb:

"Roza gör sən kimin qucunda oturmusan, bu şəkil montaj deyil"

"Roza Zərgərli ilə şəxsi heç bir poblemim yoxdur. Amma Roza Zərgərli Xalq artisti Aygün Kazımovaya söz ata bilməz! Nəinki Aygün Kazımovaya hətta Günay İbrahimli və ya Sevda Yəhyayevaya belə o söz ata biləcək gücdə deyil. Bəli, bu gün Roza üstünə özündən ağır çəkidə pullar qoyur, amma "tutuzdura" bilmir. Məsləhətim odur ki, Roza ən yaxşısı başqa işlə məşğul olsun. Aygün Kazımovanın bu qədər dostu var, amma heç kəs Niyam Salamidən başqa o söhbətdə Aygün xanımı müafiə etmədi. Bu gün mən Aygün Kazımovanın yanındayam və ona dəstəyəm, bir dost kimi... Aygün xanım hər zaman mənim yanımda olub. Bir də onu demək istəyirəm ki, ay Roza o şəkillər montaj deyil. Çünki o şəkilləri mən çəkmişəm. Şəkil Mərkəzi Univermağdan yuxarıda, 189 nömrəli məktəbin arxasındakı gözəllik salonlarının birində çəkilib. Roza qucağında oturduğu adam isə saç ustasıdır. Adı da Sərdardır. Amma yalan deyə bilmərəm aralarında heç bir şey yox idi. Məsuliyyətlə deyirəm ki, o şəkilin müəllifi mənəm. Roza Aygün xanıma söz atır ki, sən Snup Doqun qucağında oturmusan. Ağzında dünya ulduzu Snup Doq deyirsən. Sənin kimi adi bir modelin qucağında oturmayıb ki, özünü necə Aygün xanımla müqayisə edə bilərsən axı ?!".

Rejissor Zorikin müğənni Sevinc Ağaşirinovanın "Dəli qız" mahnısına çəkdiyi klip barədə də məlumat verəcəyik.

"Roza gör sən kimin qucunda oturmusan, bu şəkil montaj deyil"