“5 ildir həyatımda heç bir kişi olmayıb”

Gitaraçı Əmrə Kula ilə adı eşq dedi-qodularına qarışan müğənni Sərtab Ərənər yayılan xəbərlərin doğru olmadığını deyib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi bu cür şayiələri yayan jurnalistlərə sitəm edib: "Sizin əlinizdən rahat gəzə bilmirəm. Küçəyə çıxan kimi kameralarla arxamca düşürsünüz. 18 illik münasibətim bitib. Sevgilim olsa, çəkinmədən əlindən tutub ortaya çıxaram. 5 ildir həyatımda heç bir kişi olmayıb. Özüm üçün yaşamaq istəyirəm, artıq”.