Acundan Elnur Hüseynova dəstək

Acun İlicalı Azərbaycanın "Eurovision- 2015"” təmsilçisi Elnur Hüseynova dəstək olub.

Sabahinfo.az-ın "qafqazinfo”-ya istinadən məlumatına görə, teleaparıcı "Survivor All Star” yarışmasının çəkilişlərinin aparıldığı Dominikan Respublikasından Elnurla bağlı fikirlər səsləndirib. O, video vasitəsi ilə adadan Elnur Hüseynovu izləyəcəklərini qeyd edib:

"Buradan sənə sevgilər göndəririk. "Eurovision”da Allah sənə köməklik etsin. Qardaşım Elnur, gecə saat 3 də olsa, burada oturub səni izləyəcəyik.Nə edirsən et. Get, o "Eurovision”u al, gəl. Qəlbimiz səninlədir”.