Ağcaqanad sancması xüsusilə gecələr insanları narahat edir.
sabahinfo.az immunitet.az-a istinadən bildirir ki, ağcaqanad sancması zamanı yerli olaraq tətbiq olunacaq bir sıra təbii vasitələr var. Onlar aşağıdakılardır:
Sirkə - ilk qaşıntını, sancmanı hiss etdikdə bilavasitə yaranın üstünə sirkə tətbiq etmək lazımdır. Əgər yara yeri birdən çoxdursa sirkəni bir miqdar suda həll edib həmin nahiyyəni yumaq olar.
Aloe - qaşıntını aradan qaldırmağa kömək edir. Bunun üçün aloe bitkisi yaxud tərkibində orqanik aloe olan gellərdən istifadə etmək olar.
Sabun - quru sabun bilavasitə yara yerinin üzərinə çəkilir, qaşıntının aradan qaldırılmasını təmin edir. Ancaq qaşıntı keçdikdən sonra yara yerini su ilə yumaq lazımdır.
Soda və su qarışığı - qatı şəkildə həll edib yara nahiyəsinə çəkmək lazımdır. Qısa müddət ərzində şişkinlik və qaşıntı keçəcəkdir.
Soğan - yara nahiyyəsinə soğan suyu sıxmaq kifayətdir.
Diş pastası - tez və effektli olur. Xüsusən nanə tərkibli diş pastalarının istifadəsi məqsədəuyğundur.
Bal - az miqdar balı yara nahiyyəsinə tətbiq etmək lazımdır. Bu, həmçinin yara nahiyəsinə infeksiya düşmə riskini də aradan qaldırır.
Limon - limon suyu sancma nahiyyəsindəki qaşıntını, şişkinliyi aradan qaldırır. Eyni zamanda infeksiya riskini də minimuma endirir.
Sarımsaq - yara nahiyyəsinə sarımsaq qoymaq kifayətdir. Bu zaman zəif yanğı hiss oluna bilər, amma sonra keçib gedir.
Buz - yara nahiyyəsinə buz qoymaq qaşıntının qarşısını alır. Əgər əlinizin altında buz yoxdursa yara nahiyyəsini axar su ilə yumaqla da kifayətlənə bilərsiz.