Bahalaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 55 min ABŞ dollarını keçib. Kriptovalyuta 11,3 faiz bahalaşaraq 55,011 min ABŞ dollarına satılıb. Dünyanın ən populyar kriptovalyutası bir həftə ərzində 31 faizdən çox bahalaşıb. Bitkoin ilə birlikdə digər kriptovalyutalar da bahalaşır. Belə ki, "Ethereum"un qiyməti ötən günlə müqayisədə 5,44 faiz və bir həftə əvvəlki göstəricidən 26,2 faiz çox olmaqla 3 608,49 ABŞ dolları təşkil edib.