Bakıda 18 yaşlı qız qaçırıldı

Bakıda 18 yaşlı qız qaçırılıb.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 7-də Yasamal rayonunda yaşayan 1977-ci il təvəllüdlü R.Əzizov həmin gün səhər saat 7 radələrində 2004-cü il təvəllüdlü qızının oğurlandığını bildirib.

O, ilkin ehtimal kimi qızının Elmar adlı şəxs tərəfindən evlənmək məqsədilə oğurlandığını iddia edib.

Müraciətlə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.