Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu

Bakıda avtomobil 7 və 6 yaşlı iki uşağı vurub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub.

Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.