Bakıda yanğın: 40-dan çox şam ağacı məhv oldu - YENİLƏNİB

Xətai rayonu, Vunq-Tau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub. 

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib:

“Hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır”. 

Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.

13:05

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə başlayan yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.