Balakəndə şəhid Kənan Muradovun xatirəsinə tikilən bulağın açılışı oldu

Balakən rayonunda şəhid Muradov Kənan Cavid oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə Əli Ansuski küçəsində tikilən bulağın açılış mərasimi oldu.Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkilləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva, din xadimləri, Gənclər idarəsi və evi, Kənanın təhsil aldığı Gərəkli tam orta məktəbinin müəllim və şagird kollektivi, şəhid ailələri, kənd və şəhər əhalisi,çox sayda qonaqlar iştirak ediblər..