“Avropa Oyunları dünyaya Azərbaycanı daha yaxından tanımaq imkanı verir” – Oksana Rəsulova

 

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir”. "Sabahinfo”ya açıqlamasında rəqqasə Oksana Rəsulova belə deyib. O.Rəsulovanın sözlərinə görə, Avropa Oyunlarının startının Azərbaycandan götürülməsi sevindirici haldır. Sənətçi qeyd edib ki, Bakıda təşkil olunacaq yarışlar ilk olduğu üçün tarixin yaddaşlarında qalmaqla yanaşı, dünyanın diqqətini də ölkəmizə yönəldəcək. "Avropa Oyunları Azərbaycanın sahib olduğu imkanları, adət-ənənələrimizi və xalqımızın qonaqpərvərlini dünyaya göstərmək üçün geniş imkanlar yaradır. Eyni zamanda Azərbaycanın tanıdılması baxımından da vacibdir. Düzdür, bu günədək ölkəmizi bütün dünya tanıyırdı, amma bu yarışlar hər kəsə Azərbaycanı daha yaxından tanımağa imkan verəcək. Azərbaycanlı idmançıların yarışlarda uğurla iştirak edəcəklərinə inanıram. Ölkəmizin yüksək kürsüləri fəth edə biləcək, peşəkar idmançı ordusu var” – deyə Oksana Rəsulova bildirib.