Baydendən Taliban etirafı

Prezident Joe Biden Əfqanıstandakı vəziyyətlə bağlı çıxışında ABŞ-ın gələcək addımlarını açıqlayıb.

Aeroporta 6000 ABŞ əsgəri nəzarət edəcək

ABŞ və müttəfiqlərin mülki personalının Əfqanıstandan çıxarılmasını asanlaşdırmaq üçün ABŞ-ın 6000 əsgərlik qoşunu səfərbər olunur.ABŞ Əfqanıstan müttəfiqlərini və müdafiəyə ehtiyacı olan əfqanları Əfqanıstanın xaricinə təhlükəsiz yerə evakuasiya edir.Əfqanıstanda yaşayan minlərlə amerikalı vətəndaş ölkədən evakuasiya ediləcək.Qoşunlar aerodromun təhlükəsizliyini təmin edəcək, hava daşımalarının idarə olunmasını öz üzərinə götürəcək, mülki və hərbi uçuşların fasiləsiz yerinə yetirilməsini təmin edəcək

Talibana xəbərdarlıq

Biden xəbərdarlıq edib ki, "ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, ABŞ "öz insanlarını dağıdıcı qüvvə ilə müdafiə edəcək".O deyib ki, bu müdafiə "sürətli və qətiyyətli" olacaq.

Çıxmaq qərarını düzgün sayır

Prezident Biden bildirib ki, "ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını düzgün" sayır."Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm"."Mən qəti olaraq verdiyim qərarın arxasında dururam", - Biden deyib."Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır", - o bildirib.

Talibanın hücum sürəti gözlənilməz olub

O bildirib ki, ABŞ-ın Əfqanıstandakı 20 illik missiyasının məqsədi ABŞ-a qarşı "terrorçu hücumun qarşısını almaq idi".Biden deyib ki, Amerika xalqına həmişə açıq danışacağına söz verib, lakin Talibanın hücumunun "gözlənildiyindən daha sürətlə baş verdiyini" etiraf edib.