Azərbaycan
Dövlət Pedaqoji Universitetinin baş hüquqşünası Zakir Nağıyevin imzası ilə
16.04.2019-cu il tarixli, 07-10/282 nömrəli məktuba, ADPU-nun Mətbuat Xidmətinin
rəhbəri Mansur İbrahimovun 22.03.2019-cu il tarixdə mətbuat vasitəsilə olan
çıxışına cavab.
Zakir
Nağıyev yəqin unutmayıb, mən universitetdə 19.09.2016-cı il tarixə kimi böyük
dispetçer işləmişəm. Böyük dispetçer vəzifəsini hansı vəzifə əvəzləmişdi? Niyə
19.09.2016-cı il tarixində adi nəçarətçi təyin olunmuşdum? Bu haqda həm ərizə
ilə, həm də mətbuatda kifayət qədər geniş məlumat vermişəm.
Bir
daha Zakir müəllimin yadına salıram ki, böyük dispetçer vəzifəsinin nəzdində
"Təhsilin idarə olunması və monitorinq" bölməsi yaradıldı. Niyə məni
həmin vaxt bölmə müdiri yox, adi nəzarətçi təyin etdi?
Sizin
də bildiyiniz kimi Razim müəllimin işsiz
olduğunu dedilər. "Hələ ki, onu verək, çünki prorektor olub, sonra yerini
dəyişərik, səni yerinə qaytararıq" vədini unutmadığınıza əminəm.
Zakir
Nağıyevin bir neçə uydurma və yersiz faktlarının birini diqqətinizə çatdırım.
15.07.2016-cı il tarixdə Tovuz rayon sakini Ağasıyeva Nəzakət Xasay qızı tərəfindən
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya yazılmış
şikayət məktubundan yazır. Bəli, belə məktub olmuşdur, o vaxt yazdırmışdınız.Orda
mənim adım da qeyd olunmuşdur. (həmin məktubun
surəti var) Məndən başqa pedaqoji fakültənin dekanı hörmətli prof. F.Rüstəmova
və digər 4 nəfərin - əvvəlki rektorun dövründə işləyən əməkdaşların
adaları qeyd olunmuşdur. Səbəb, yeni gələn Cəfər Cəfərova kimləri vurmaq
lazımdır planına işarə idi yəqin. Həmən adı qeyd olunan tələbənin, fakültə
dekanının izahatında göstərildiyi kimi, bu ad, soyadda ümumiyyətlə fakültəmizdə
təhsil almamışdır. Sonra yenə özünüzün cavab məktubunuzda yazmışdınız ki, belə
ad, soyadlı tələbə ümumiyyətlə universitetin tələbələri siyahısında olmayıb.
Qınamıram Sizi, yaşınız və o vaxt səhhətinizdə olan nasazlıqdan unutmuşsunuz.
Zakir
Nağıyev, deyisiniz işdən qanunsuz çıxarıldığımı iddia edirəm. Amma Dövlət Əmək
Müfəttişliyi Sizinlə eyni fikirdə və savadda deyil. 19130051530 saylı,
10.04.2019-cu il tarixli məktubda yazılanları olduğu kimi qeyd edirəm: "Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı məktubda və təqdim
etdiyi sənədlərdə sizinlə bağlamış əmək müqaviləsinə 06.02.2017-ci il tarixdə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin
"a” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Araşdırma zamanı məlum
olmuşdur ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə aranızda bağlanmış əmək
müqaviləsinə işəgötürən təfəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin
69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir".
Siz
bu maddəni ən azı, bilməmiş deyilsiniz. Amma əmrimə siz də tez-tələsik qol çəkdiniz?
Çünki bilirdiniz ki, mənə digər işə keçməyimə söz verilib. Onu bilməsəydiniz,
inanmıram bu qədər naşılıq edərək yuxarıda göstərilən maddənin tələblərini
pozasınız.
Z.Nağıyev, deyirsiniz Vidadi Hüseynov guya ADPU-da
sevimli əməkdaş olmayıb.
- Bəli, bu sizinlə müqayisə olunmaz dərəcədədir.
İndi də mənə gündəlik Universitetdən çoxlu zənglər, SMS-lər gələrək insanlar mənə
öz dəstəklərini və əminliklə bildirirlər ki, tezliklə haqq-ədalət yerini
tapacaq. Bu gün də mən kollektivin sevimlisi olaraq qalıram.
Zakir Nağıyev, deyirsiz V.Hüseynov ictimai fikri
çaşdırır. - Hörmətli Z.Nağyev, xalqın gözü tərəzidir. Siz
Lerik sakinlərinin cənab Prezidentə ünvanladıqları müraciətə "ictimaiyyəti
çaşdırmaq" kimi, öz təbirinizcə düşünürsünüz. Bu, sizin düşümcənizdir.
Sakinlər nöqsanlarla idarə olunan qədim bir təhsil ocağında baş verənləri cənab
Prezidentə çatdırırlar. Üuniversitetin mövqeyi sakinləri qızışdıraraq, onları
ADPU-nun həyətində və ya digər aidiyyəti orqanlar qarşısında itaətsizliyə təşviq
etməkdir. Əgər bunu çox istəyirsiniz və əminsinizsə onların qarşısına çıxa bilərsiz,
bu məsliyyəti üzərinizə götürərsinizsə, onda sizin arzunuzu yerinə yetirsinlər.
Axı nə qədər olmasa da dost olmuşuq. Bəlkə bunu da danırsınız?
Deyirsiniz V.Hüseynovun yazılarını Universitetin rəhbərliyinin
şərəf və ləyaqətinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk. -
Bəs sizin təbirinizcə,
sadə vətəndaşın şərəf və ləyaqətləri olmurmu? Məni bütöv yanvar ayı, mülayim
desək, bu gün-sabah deyib dolamadınızmı? Nəticədə mən əsəb xəstəliyi tapdım.
Bir az da irəli gedib, bəlkə deyəsiniz, mən və ailəm bu ölkədə yerinizi dar
edirik? Sözününzün qabağında söz dediyimizə görə bəlkə ölkədən də çıxarsasınız?
Hər kəsin şərəf və ləyaqəti dediyi sözün sahibi olmağı ilə ölçülməlidir.
Mənim
gəncliyim, həyatımın çox hissəsi universitetdə keçib, həmişə və indi də hər kəsə
hörmətlə yanaşmışam. Cəfər müəllimin müsbət insani keyfiyyətləri barədə mənfi
söz deyə bilmərəm. Allah köməyi olsun.
Nə
qədər təcrübəli kadrları uzaqlaşdıraraq, kənardandan daha təcrübəsiz və aşağı
elmi dərəcəsi olan və ya heç olmayanı gətirdiniz. Mənimlə işləyən R.Orucovadan əvvəl
Z.Şamədovu da öz ərizəsi ilə uzaqlaşdırımasını unutmamısınız yəqin. Yerimizə dərhal
öz oğlunuzu, mənim dostim Nazir Nağıyevi yerləşdirməyinizi də unutmadığınızı
yadınıza salmağım düzgün olmazdımı? Oğlunuzun hansı keyfiyyəti bizdən öndədir?
Axı universitetdə hamı bir-birini yaxşı tanıyır.
Zakir
Nağıyev, Universitet rəhbərlərinin humanistliyindən, düzgünlüyündən
danışarıqsa, Prezidentin etimad göstərdiyi şəxs onun adına xələl gətirməməli,
daha da ucaltmalı, rəhbərə xas, ədalətli idarəetmə qurmalıdır. Sizin imzanızla
mənə göndərilən 07.054/392 saylı, 16.05.2018-ci il tarixli məktubunuzda qeyd
edirsiniz ki, "vakant yer olarsa, işə götürülə bilərsiniz".
23.01.2019-cu il tarixdə mənə verilən, yaranmış vakant saat hesabı təqdimatını
Eldar Aslanovun sözünə görə rədd etmədimmi? Özü-özünü təkzib deyilmi? Universitetin
Mətbuat xidmətinin rəhbəri- "mənim dostum", M.İbrahimovun saytlara
göndərdiyi təkzib cavabında qeyd edilir:
"universitetə müəllim keçmək müsabiqə yolu ilədir".
Mən
hörmətli M.İbrahimovdan universitetdə daha çox, özü də Tədris şöbəsində
çalışmışam. Saat hesabı nə vaxtdan müsabiqə yolu ilə olur? Niyə söz xətrinə söz
yazırsınız? İctimai fikri siz çaşdırırsınız! Məntiqinizə fikir verin,
dediyinizi özünüz təkzib edirsiniz axı!
Aftandil
Bayramov "biz məhkəməni cibimizdə gəzdiririk" (sitat: Arzu Əliyevanın
müsahibəsindən) sözü cənab Prezidentin dediklərinə əks deyilmi? Məni də məhkəmələrlə
hədələyirsiniz. Gündə məhkəmələrdəsiniz, Zakir müəllim!
Niyə
xalqı dövlətdən narazı salırsınız? Yüzlərlə əməkdaşı (ailə başçıları) aldadıb
öz xahişi ilə işdən uzaqlaşdırmamısınızmı? Bunların hesabını nə vaxtsa qanun
qarşısında verəcəyinizə şübhəmiz yoxdur.
Z.Nağyev, deyirsiniz Vidadi Hüseynov bizə məlum
olmayan səbəbdən məsələni ictimailəşdirərək təkrar ADPU-ya qayıtmaq fikrinə
düşüb.-
Zakir Nağıyev,
yenidən keçmiş tarixi Sizin əvəzinizə mən yada salım. Aftandil Bayramov məqsədli
şəkildə "bir-iki ay", "bu gün-sabah" deyərək vaxt udurmuş. 2017-ci
ilin yeni tədris ilinin başlanğıcında rektora
yazılı və şifahi ərizə, müraciətlərim olmuşdur. O da nəticəsiz qaldığı
halda, həmin ilin sentyabr ayının əvvəlində digər orqanlara, eləcə də Təhsil
Nazirliyinə indiyə kimi mütəmadi müraciətlərim olmuşdur. Müraciət etməsəydim,
Sizdən 16.05.2018-ci ildə, Təhsil Nazirliyindən 04.05.2018-ci il tarixdə cavab
məktubu olmazdı. (İndiyə kimi müraciətlərin qəbzləri qalıb, sizə bağışlaya bilərəm)
2017-ci
ildən bəri digər qurumlardan Təhsil Nazirliyinə yönəldilən müraciətlərə
cavablarda da şübhəsiz, adi vətəndaşı məmurun ayağına verməzlər.
Mən
əminliklə deyə bilərəm ki, 13.07.2018-ci il tarixində Cəfər müəllimin qəbulunda
olanda həqiqətən səmimiyyətlə İnsan Resursları şöbəsinin müdirinə, sizin də həmin
qəbulda iştirak zaman, tapşırıq verdi. Sentyabrda
Universitetə gəldim, "yox" dediniz. Dekabr ayında məni Universitetə dəvət
etdiniz (zənglər məndə qalıb). Sizinlə Qumral xanımın otağında üçümüz söhbətləşdik. Dediniz ki, ilin
axırıdır, yer yoxdur. Razılaşdıq. Sonra yanvarda saat hesabı qaydasında vakant
yer oldu. Hamınıza yalvardım ki, kömək edin, ailə başçısıyam, uşaqların
böyükdü, oğlum iki aydan sonra hərbi xidmətə gedəcək. Sonra sizin otağınıza
getdik, siz rəhbərlik haqqında nələr dediniz, unutmamısınız? Həmin vaxtlar idi
ki, sizi qəbulda iştirak etməyə dəvət etmirdilər. Həmin söhbətləri açıqlamaq mənim
əqidəmə yaddır! Universitetin qocaman tanınmış bir müəllimi də otağınızda idi.
O da sizə dedi ki, Vidadiyə kömək elə. Universitetdən nə istəyirdim? - 3-4 aylıq saat hesabı dərs demək.
Mənimlə
universitet arasında narazılıq salan, Eldar müəllimin olduğuna şübhə yoxdur. Mərdi
qova-qova namərd etməzlər. Mən Qumral xanıma az qala yalvardım ki, əgər nəsə
bir problem varsa, mənə de, mənim 50 yaşım var, qapılarda durmağım düz deyil. O
da çox səmimiyyətlə həmişə bildirirdi ki, yox, Cəfər müəllim dedi ki, Vidadi
problemsiz adamdır, ona kömək edin. Cəfər
müəllimdən mən ona görə incidim ki, ətrafının qərəzli mövqeyinə qulaq asdı. Bu
gün də, yəni 23.04.2019-cu il tarixdə dekanlara tapşırıq verib ki, özlərinə
yaxın olan müəllimlərə mənim əleyhimə ağ kağıza imza atsınlar, beləcə mənim
etdiyim müraciətlərə görə şərləyərək susdursunlar. Bu təcrübə artıq ADPU-da
var, məndən əvvəl əməkdaş Arzu Əiyevaya və digərlərinə qarşı bu imza
kampaniyaları təşkil edilmişdi. Mən isə öz şərəf və ləyaqətimi, eləcə də təhlükəsizliyimi
qorumaq üçün aidiyyəti hüquq-mühafizə orqanlarına bu haqda məlumat vermişəm.
Vidadi Hüseynov
ADPU-nun sabiq əməkdaşı