İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf bəyan edib ki, İran və Azərbaycan birgə regional bank yaratmaq fikrindədirlər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti IRNA-ya istinadən məlumat verib.
O qeyd edib ki, bu təklif bank münasibətlərinin dərinləşdirilməsi, həmçinin, hesablama əməliyyatları prosesinin sadələşdirilməsi məqsədilə irəli sürülüb.