Azərbaycanda həyati vacib olan dərmanların SİYAHISI açıqlanıb

Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb.

 

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, siyahıda 305 adda dərman vasitəsinin adı əks olunub. Onlara müxtəlif tabletlər, kremlər, məlhəmlər, inyeksiya üçün məhlul, göz-burun damcıları, kapsul və digər dərman vasitələri daxildir.

 

Qeyd edək ki, 305 adda dərman preparatından 115-i pərakəndə aptek şəbəkəsində mövcudluğu məcburi olan dərman preparatlarıdır (beynəlxalq patentləşdirilməmiş ad altında).