Bakıda ata və qızı cinayət başında yaxalandı

Bakıda oğurluğa cəhd edən 2 nəfər yaxalanıb.  Sabahinfo.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, mayın 2-də saat 20:27 radələrində Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 30 ünvanında yerləşən Məmmədov Kamil Qafil oğluna məxsus evdən daxil olmuş "həyəcan” siqnalını yoxlayıblar. Bu zaman məlum olub ki, evin pəncərəsinin dəmir barmaqlığı sındırılıb. Evə baxış keçirilərkən Suraxanı rayonu, Hasil Bayramov küçəsi 8 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Cəlal qızı və atası, 1960-cı il təvəllüdlü Hüseynov Cəlal Miri oğlu saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.