Bakıda daha bir binanın üzlüyü yanır. Sabahinfo.az-ın məlumatına görə, Bakının Azadlıq prospektində 9 mərtəbəli binada güclü yanğın baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.