Bayramın ilk günündə Bakı şəhərində baş verəm nəqliyyat hadisəslərində 1 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
DYP rəsmisi bildirib ki, Bakıda bayramın ilk günü 2 nəqliyyat hadisəsi baş verib: "Onlardan birində sürücü avtomobilin maneəyə çırpıb. Nəticədə avtomobildə olan 4 nəfər ağır xəsarət alıb. Digərində isə sürücü piyadana vurub. Piyada hadisə yerində keçinib”.
Vaqif Əsədov eləcə də, bayram günlərində rayonlardan Bakıya hərəkət edəcək sürücülərə müraciət edib. DYP rəsmisi bildirib ki, Bakıya gələn sürücülərə diqqətli olmağı, sürət həddini miniuma salmağı, ara məsafələrini bir az çox saxlamağı tapşırıb.