“Bu gün həftənin ən gözəl günü” dedi və dünyasını dəyişdi - futbol oynayarkən

Lider TV-nin tanınmış müxbiri İlqar Qulusoy bir az öncə dostları ilə futbol oynadığı zaman qəflətən ürəktutmasından vəfat edib.

Sabahinfo.az xəbər verir ki, bu haqda məlumatı sosial şəbəkədə onun dostları-həmkarları yayıb.

Onların qeyd etdiyinə görə,  həkimlərin bütün səylərinə baxmayaraq, İ. Qulusoyu həyata qaytarmaq mümkün olmayıb.

Qeyd edək ki, İ. Qulusoy bir neçə saat əvvəl isə  "Facebook” səhifəsində  paylaşım edib, bu günü həftənin "ən gözəl günü” adlandırımışdı…

Allah rəhmət etsin!

 

ilqar-2