Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
Sabahinfo.az-ın
Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Ermənistan
Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən
Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində
yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Talış,
Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun
Şuraabad, Şıxlar, Yusifcanlı, Cəvahirli, Sarıcalı, Füzuli rayonunun
Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.