Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar sentyabrın 12 və 13-də gücləndirilmiş iş rejimində çalışmışdır. Dövlət Xidmətinin əmrinə əsasən xüsusi ayrılmış yerlərdə və heyvan kəsimi məntəqələrində qurbanlıq heyvanların satışına və kəsiminə ciddi nəzarət olunmuşdur.
sabahinfo.az-a verilən məlumata gorə Sentyabrın 14-də
Qurban bayramı və bayramdan sonra heyvan satışı və kəsimi məntəqələrində
baytarlıq-sanitariya qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlərini davam
etdirmişdir.
Keçirilən reydlərdə kütləvi informasiya vasitələri nümayəndələri də iştirak
etmişlər.
Səhər saatlarında başlanan reydlərə Yasamal
rayonundan start verilmiş, daha sonra bu tədbir Xətai, Nərimanov və digər
rayonlarda davam etdirilmişdir. Bakı şəhərinin bəzi rayonlarında ayrı-ayrı vətəndaşlar
tərəfindən icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aparıldığı və
baytarlıq-sanitariya qaydalarının pozulması qeydə alınmışdır. Pozuntular aradan
qaldırılmış, ərazilər təmizləndikdən (mənzil kommunal təsərrüfatı işçiləri tərəfindən
təmizlənir) sonra Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən
dezinfeksiya edilmişdir.
Belə halların qarşısını almaq məqsədi ilə kənd
təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən qruplar yaradılaraq
Bakı Şəhər Baytarlıq İdarəsi ilə birlikdə sentyabrın 13-dən reydlərə start
vermişdir.
Aparılan reydlər zamanı icazə verilməmiş
yerlərdə qanunsuz heyvan kəsiminin qarşısı alınmış və baytarlıq-sanitariya
qaydalarını pozan ayrı-ayrı şəxslər haqqında ciddi inzibatı tədbirlər
görülmüşdür. . Eləcə də qanun pozuntularının qarşısı alınıb, heyvan satışı və kəsimi
yerlərində dezinfeksiya işləri həyata keçirilib.
Növbəti günlərdə də reydlər davam etdiriləcək,
qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər
haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaqdır. Bu tədbirlərin
aparılması Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir.