"Safisa"da baş tutan toya dünyaca məşhur ulduzlar da qatılıb. Onlar arasında Elton Con, Cennifer Lopes, Stinq, Patrisiya Kaas, Beyons, Enrikie İqlesias və başqaları yer alıb. Təkcə xarici ulduzların qonorarı 5 milyon dollardan çox edib
Səidin xanımı Xədicə mərasimdə "Ellie Saab"dan olan gəlinlik geyinib. Libasın çəkisi 25 kiloqramdır. Gəlinin əslən İnquşetiyadan olduğu qeyd olunur. Toyda İnquşetiyanın birinci prezidenti Ruslan Auşev də iştirak edib. BİN şirkətlər qrupunun rəhbəri olan M.Qutseriyanın varidatı 2.4 milyard dollardır.
İkinci toyun Londonda baş tutacağı deyilib.
Milyarder Donald Tramp və model Melaniya Knauss (2005) - toy xərci 1 milyon dollar
Hindistanlı biznesmen Qelrac Behl və Şristi Mittal (2013) - 82 milyon dollar
Milyarder Andrey Melniçenko və müğənni Aleksandra Nikoliç (2005) - 30 milyon dollar
ABŞ-ın keçmiş prezidenti Bill Klinotun qızı Çelsi və bankir Mark Mezvinski (2013) - 5 milyon dollar
Aktrisa Layza Minelli və prodüser Devid Qest (2002) - 3,5 milyon dollar
Müğənni Pol Makkartni və Hizer Mills (2002) - 3 milyon dollar
"Facebook"un şəriklərindən olan Şon Parket və Aleksandra Lenas (2013) - 9 milyon dollar











