Ədliyyə orqanlarının işçilərinə orden və medallar verildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Zahirov Vilayət Həsən oğlu

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Suliddin Abbas oğlu

"Tərəqqi” medalı ilə

Əmirov Elçin Abdurahman oğlu Mahmudov Fərhad Narulla oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyev Orxan Zakir oğlu Hümbətov Zahir Musa oğlu Kazımov Emin Kazım oğlu Mənəfova Rəşidə Rəşid qızı Mustafayev Elxan Ömər oğlu Səfərov Samir İlyas oğlu Səmədzadə Ağakərim Ağasəməd oğlu