Bəhruz Məhərrovun Biləsuvarda şəhid ailəsinə baş çəkdi

Vətən müharibəsi şəhidi Tehran Cəfərovun övladı Sənur balamızı iyunun 26-da şəhid və qazilərinin orden və medallarının təqdimat mərasimində tanıdım. Mərasimdə mənimlə oturmuşdu. Rayona son səfərimdə isə Sənuru evlərində, Biləsuvarın Günəşli kəndində ziyarət etdim. Şəhidin ailə üzvləri, ələxsus da anası ilə səmimi söhbət etdik. Şəhid anasının pensiya təminatı ilə bağlı narahatlığı var idi, məsələni nəzarətə götürməsini yerli icra hakimiyyətinin aidiyyatı şöbəsindən xahiş etdik.

Məlumat üçün qeyd edim ki, Tehran Nadir oğlu Cəfərov 1992-ci il martın 12-də Biləsuvar rayonunun Günəşli kəndində doğulub, Vətən müharibəsində Cəbrayıl və Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb, oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb. Tehran ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında ləyaqətlə iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün müzəffər Ali Baş Komandanın Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı